Azərbaycanın usta cüdoçuları dünya çempionatında çıxışlarını başa vurublar
Far.Az xəbər saytı

Azərbaycanın usta cüdoçuları dünya çempionatında çıxışlarını başa vurublar


Azərbaycanın usta cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında çıxışlarını başa vurublar.

"Report" xəbər verir ki, dördüncü yarış günündə komandamızın üzvləri daha 2 bürünc medal qazanıblar. M7 yaş kateqoriyasında Azər Əsgərov (-100 kq), M8 yaş kateqoriyasında isə Fərhad Rəcəbli (-90 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Daha əvvəl Məmmədəli Mehdiyev (-100 kq), Babək Hacıyev (-60 kq) və Mövlud Mirəliyev (-100 kq) qızıl, Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq), Coşqun Abdullayev (-90 kq), Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi -73 kq) və Anar Ağayev (-90 kq) isə bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan komandası dünya çempionatını 3 qızıl və 8 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurub. Millimiz 65 ölkənin iştirak etdiyi mundialda kişilərin medal sıralamasında 7-ci yeri tutub.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub
Azərbaycanın daha üç cüdoçusu veteranlar arasında medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər