Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan müdafiə naziri general-leytenant Dauren Kosanova başsağlığı ünvanlayıb.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
"Xəzər dənizində təlimlər zamanı doqquz nəfər hərbi qulluqçunun dənizə düşərək həlak olması, bir nəfərin yaralanması, yeddi nəfərin itkin düşməsi barədə xəbər məni dərindən kədərləndirdi. Bədbəxt hadisə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralanan hərbi qulluqçuya isə tezliklə sağalması üçün şəfa diləyirəm. Axtarış-xilasetmə əməliyyatlarının müsbət nəticələr verəcəyi ümidindəyəm. Allah rəhmət eləsin", - başsağlığı mətnində qeyd olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin isə "X" sosial media hesabında Xəzər dənizində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçirdiyi hərbi təlimlər zamanı insanların faciəvi şəkildə həlak olmasından dərin kədər hissi keçirirdikləri bildirilib.
"Həlak olan hərbçilərin ailələrinə və yaxınlarına, eləcə də qardaş Qazaxıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, onların ailələrinə bu ağır günlərdə güc və səbir versin. Hazırda itkin düşənlərin sağ-salamat xilas ediləcəyinə ümid edir, yaralanan hərbçiyə isə tezliklə şəfa diləyirik".
Qeyd edək ki, sentyabrın 24-də Manqistau vilayətində Xəzər dənizinin sahilində Qazaxıstan hərbçiləri təlim-döyüş tapşırığını yerinə yetirərkən hava şəraitinin kəskin pisləşməsi səbəbindən 19 hərbçini axın aparıb. Onlardan doqquzu həlak olub, üç nəfər xilas edilib.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb
Zakir Həsənov: Gürcüstanla hərbi sahədə əlaqələrimiz inkişaf edib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı
-
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı Nyu-Yorkda işə başlayıb
-
Qazaxda açıq ərazidə yanğın baş verib
-
"Nar" inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
-
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
-
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb













