Travmatologiya xəstəxanasında sümük xəstəliklərini təyin edən cihaz yoxdur? - Açıqlama
Far.Az xəbər saytı

Travmatologiya xəstəxanasında sümük xəstəliklərini təyin edən cihaz yoxdur? - Açıqlama


Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını ölçmək, osteoporoz və osteopeniyanı müəyyənləşdirmək üçün istifadə olunan sümük densitometriyası (osteodensitometriya) cihazının olmadığı iddia edilir.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

İddialar doğrudursa, bu, sümük xəstəliklərinin vaxtında aşkarlanması və diaqnostikası baxımından suallar yaradır.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinə məlumat ünvanladıq. Qurumdan saytımıza açıqlamada bildirildi ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müasir kompüter tomoqrafiyası (KT) və rəqəmsal rentgen avadanlıqları ilə təchiz olunub.

Bu avadanlıqlar vasitəsilə sümük toxumasının vəziyyətini, struktur xüsusiyyətlərini, sümükdə baş verən dəyişiklikləri və müxtəlif patoloji əlamətləri qiymətləndirmək mümkündür. Müvafiq klinik göstərişlər olduqda KT və rentgen müayinələri sümük toxumasının vəziyyəti barədə mühüm diaqnostik məlumatların əldə edilməsinə şərait yaradır:

"Osteoporoz və osteopeniya kimi xəstəliklərin diaqnostikasında müxtəlif instrumental müayinə üsullarından istifadə olunur. Densitometriya sümük mineral sıxlığının kəmiyyət göstəricilərinin müəyyənləşdirilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Bununla belə, travmatologiya və ortopediya sahəsində bu müayinə əsas diaqnostik üsul deyil, zəruri hallarda tətbiq olunan əlavə müayinə vasitələrindən biridir".

O da qeyd edilib ki, İnstitutda travmatoloji və ortopedik xəstəliklərin diaqnostikası və müalicəsi mövcud tibbi-texniki imkanlar, klinik göstərişlər və müasir tibbi yanaşmalar əsasında həyata keçirilir. Hər bir pasiyentin fərdi klinik vəziyyəti nəzərə alınaraq müvafiq müayinə üsulu müəyyən edilir.

Banu Hüseynli

Oxşar xəbərlər

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər