Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib
Far.Az xəbər saytı

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib


Fransanın məşhur aktrisası, müğənnisi və yazıçısı Marina Vladi 88 yaşında vəfat edib.

"Far.Az" xəbər verir ki, bu barədə Fransa mediası yazıb.

O, "Cadugər" və "Ana arı" filmlərindəki rolları ilə məşhurlaşıb.

Əsl adı Yekaterina-Marina Polyakova-Baydarova olan Marina Vladi 1938-ci il mayın 10-da Fransanın Klişi şəhərində rus mühacir ailəsində anadan olub. O, Fransa və Avropa kinosundakı rolları, eləcə də ədəbi fəaliyyəti sayəsində şöhrət qazanıb.

Marina Vladi şair, aktyor və bard Vladimir Vısotskinin həyat yoldaşı olub. Karyerası ərzində aktrisa onlarla filmdə rol alıb və Kann Film Festivalında ən yaxşı qadın roluna görə mükafata layiq görülüb. O sözügedən mükafatı 1963-cü ildə "Evlilik həyatı" filmindəki roluna görə alıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Kann Film Festivalında "Qu quşu kimi" parlayanlar, "Sıxıcı" hesab edilənlər... - SİYAHI
Bakı Kitab Mərkəzində "Zəfər sevinci" adlı musiqili-ədəbi gecə keçirilib
Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər
Nüfuzlu mükafata layiq görülən Cim Kerri zarafatı ilə gündəm oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər