Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Kəlbəcər rayonunda keçirilən Bal Festivalında iştirak ediblər.
"Far.Az"un Qarabağa ezam olunan əməkdaşının verdiyi məlumata görə, diplomatlar festivalda nümayiş olunan yerli arıçıların məhsullarına, o cümlədən müxtəlif növ bal və digər arıçılıq məhsullarına baxıblar.
Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilib.
Tədbir İDEA İctimai Birliyi tərəfindən Azərbaycan Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, "Aqrar Tədarük və Təchizat" ASC və Azərbaycan Arıçılar Assosiasiyası ilə birgə təşkil olunub.
Festivalda Qarabağ, Şərqi Zəngəzur və Azərbaycanın digər bölgələrindən otuz dörd arıçı fermer iştirak edib.
Tədbirdə həmçinin İDEA tərəfindən həyata keçirilən "Gənc arıçı" layihəsinin iştirakçılarının məhsulları da təqdim olunub.
Festival konsert proqramı ilə davam edib.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
-
Roman Abramoviç Bakıya gəlib
-
Türkiyə Feridun Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb
-
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, 10 nəfər yaralanıb
-
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək













