Azərbaycan şəhərlərindən biri ilə Serbiyanın Kraquyevats şəhərinin qardaşlaşması təklif olunub
Far.Az xəbər saytı

Azərbaycan şəhərlərindən biri ilə Serbiyanın Kraquyevats şəhərinin qardaşlaşması təklif olunub


Azərbaycan şəhərlərindən biri ilə Serbiyanın Kraquyevats şəhəri arasında qardaşlaşma münasibətlərinin yaradılması təklif olunur.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə Kraquyevats şəhərinin meri Nikola Daşiç ilə görüşündə bildirib.

Görüşdə Azərbaycan – Serbiya münasibətləri, eləcə də Kraquyevats ilə Azərbaycan şəhərləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər iqtisadiyyat, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın konkret layihələrə çevrilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Daha sonra səfir Kraquyevats ilə Azərbaycanın şəhərlərindən biri arasında qardaşlaşma münasibətlərinin yaradılmasını təklif edib.

Daşiç qeyd edib ki, Kraquyevats dünyanın müxtəlif şəhərləri ilə dostluq əlaqələrinə malikdir və bu əlaqələr yeni əməkdaşlıq imkanlarının yaradılması məqsədi daşıyır.

Görüşdən sonra Azərbaycan səfiri və səfirliyin əməkdaşları İkinci Dünya müharibəsi zamanı Kraquyevats və onun ətrafının alman ordusundan azad edilməsində həyatlarını qurban vermiş Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.

Memorialda qeyd olunub ki, 20–21 oktyabr 1944-cü ildə Kraquyevatsın azad edilməsi uğrunda döyüşlərdə həlak olan 26 əsgərdən 16-sı Azərbaycandan olub.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə MEDİATUR
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər