WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
ABŞ Senatında Respublikaçılar Partiyasının nümayəndələri Prezident Donald Trampın Pentaqonda rəhbər vəzifələrə irəli sürdüyü ən azı iki namizədin təsdiqlənməsinə qarşı çıxmağa hazırdırlar.
"Far.Az" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) mənbələrə istinadən məlumat yayıb.
Söhbət Pentaqonun Siyasət İdarəsində strategiya, planlaşdırma və potensial üzrə direktor postuna irəli sürülmüş Ostin Damer və bu bölmənin rəhbərinin müavini təyin edilməsi təklif olunan Aleks Veles-Qrindən gedir.
Vaşinqton administrasiyasının davamlı səylərinə baxmayaraq, namizədlərin heç biri senatorların lazımi dəstəyini qazana bilməyib. Nəşrin mənbələrinin məlumatına görə, onların soyadları Senatın cari ilin sonunadək baxmaq niyyətində olduğu iddiaçıların yekun siyahısına daxil edilməyəcək.
Vəziyyəti Konqres üzərində nəzarətin qarşıdan gələn dəyişikliyi də mürəkkəbləşdirir: 2027-ci ilin yanvarında çoxluğu əldə edəcək demokratlar da bu təyinatları dəstəkləməyə hazır deyillər. Qəzetin həmsöhbətlərinin qeyd etdiyi kimi, respublikaçılarla razılaşmanın olmaması Pentaqonda narazılığa səbəb olub.
WP yazır ki, Konqresin demokratların nəzarətinə keçməsinə qədər Tramp administrasiyasının təxminən altı həftəsi qalır. Bu müddət ərzində Ağ ev müdafiə sahəsində bir sıra məsələləri həll etməli, o cümlədən 1,5 milyard dollar məbləğində müdafiə büdcəsinin ayrılması planlarını irəli sürməlidir.
Bundan əlavə, administrasiya Hunq Kaonun ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı və general Stiv LaNivin Quru Qoşunlarının qərargah rəisi vəzifələrinə namizədliklərinin təsdiqlənməsinə nail olmalıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"













