Xanlar Ağalarov: Bulvar İdarəsinin büdcədənkənar gəlirlərində bu il 3 dəfəyə yaxın artım gözlənilir
2026-cı ilin sonlarına doğru proqnozlaşdırılan göstəricilərdə Dənizkənarı Bulvar İdarəsinin büdcədənkənar gəlirlərində 3 dəfəyə yaxın artım gözlənilir.
Bunu Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov "Report" İnformasiya Agentliyi və "ARB" telekanalına geniş müsahibəsində deyib.
O qeyd edib ki, son bir neçə il ərzində Dənizkənarı Milli Parkın saxlanılması xərclərinin ümumi tutumunda Dənizkənarı Bulvar İdarəsinin gəlirlərinin payının artması ilə bağlı müəyyən tendensiya müşahidə edilir:
"Məsələn, 2023-cü ildə milli parkın saxlanması xərclərinin cəmində İdarənin gəlirlərinin payı təxminən 23 faiz idisə, hər növbəti ildə bu göstəricinin tədricən artırılması ilə bağlı ardıcıl işlər görülüb. Cari ilin göstəricilərinə uyğun olaraq ilk 8 ayda milli parkın saxlanması xərclərinin artıq 64 faizə yaxın hissəsi İdarənin bürcədənkənar gəlirlər hesabına artırılması ilə mümkün olub".
Onun sözlərinə görə, növbəti bir tendensiya Dənizkənarı Bulvar İdarəsinin büdcədənkənar gəlirlərinin artmasıdır:
"Dənizkənarı Bulvar İdarəsinin 2023-cü ildə gəlirlərin həddi təxminən 3,4 milyon manat həddində olmuşdusa, 2024-cü ildə bu göstərici təqribən 93 faiz, yəni iki dəfəyə yaxın artıb. 2026-cı ilin sonlarına doğru proqnozlaşdırılan göstəricilərdə 2023-cü ildə olan statistika ilə müqayisədə təxminən 3 dəfəyə yaxın artım gözlənilir".
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.
Oxşar xəbərlər
Xanlar Ağalarov: Xəzərin səviyyəsinin azalması Bakı bulvarı üçün də yeni çağırışlar yaradır
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib
İlham Əliyev və Mehriban Əliyeva Bakıda salınan yeni parkın açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













