Dövlət Miqrasiya Xidməti qulluğa qəbul üzrə müsabiqə elan edib
Dövlət Miqrasiya Xidməti (DMX) miqrasiya orqanlarında qulluğa qəbul olmaq istəyən Azərbaycan vətəndaşları üçün müsabiqə elan edib.
"Report" xəbər verir ki, bu barədə DMX məlumat yayıb.
Bildirilib ki, müsabiqə iki mərhələdən – test imtahanı və söhbətdən ibarət olacaq.
Ali təhsili olan və test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı sentyabrın 28-dən oktyabrın 28-dək aparılacaq.
Müsabiqə üzrə Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsində 2, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsində 1, Lənkəran regional miqrasiya idarəsində 3, Şəki regional miqrasiya idarəsində 3, Xaçmaz regional miqrasiya idarəsində 1, Ağsu regional miqrasiya idarəsində 2, Şirvan regional miqrasiya idarəsində 1, Yevlax şəhər Müvəqqəti yerləşdirmə mərkəzində isə 1 inspektor vəzifəsi vakantdır.
Namizədlər qeyd olunan vakant vəzifələrdən yalnız biri üzrə müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.
Müsabiqənin test imtahanı mərhələsi dekabrın 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək.
Namizədlərə qanunvericilik üzrə 50, Azərbaycan dili üzrə 15, dünyagörüşü üzrə 15, məntiqi təfəkkürün müəyyən edilməsi üzrə isə 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim ediləcək. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.
Test imtahanında 70 və daha çox bal toplayan namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib
-
Özbəkistanla Azərbaycan Xəzərdə donanmanın maliyyələşdirilməsi mənbələrini müəyyən edib
-
Naomi Kempbell Bakıda
-
Formula 1-lə bağlı metronun iş SAATI DƏYİŞİR













