Müğənninin şikayəti icraata götürüldü: Bloqer Sevinc Hüseynova təqsirləndirilən şəxs oldu
Far.Az xəbər saytı

Müğənninin şikayəti icraata götürüldü: Bloqer Sevinc Hüseynova təqsirləndirilən şəxs oldu


Müğənni Afət Fərmanqızının bloqer Sevinc Hüseynova barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət etdiyi şikayət icraata götürülüb.

Far.Az oxu.az-a istinadən xəbər verir ki, bu, Füzuli Rayon Məhkəməsində bu gün keçirilən prosesdə elan edilib. Müğənninin şikayəti icraata götürülüb və Sevinc Hüseynova təqsirləndirilən şəxs kimi cəlb edilib. İş üzrə məhkəmənin baxış iclası oktyabrın 1-inə təyin olunub.

Xatırladaq ki, müğənni Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanın sosial şəbəkələrdə onun şərəf və ləyaqətini təhqir etdiyini bildirərək, xüsusi ittiham qaydasında Füzuli Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edib, bloqerin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini istəmişdi.

Məlumata görə, müğənni bloqer barəsində mülki qaydada da iddia qaldırıb.

O, məhkəmə prosesi başa çatanadək Sevinc Hüseynovasının müğənninin adını çəkməməsini istəyib.

Faktı Afət Fərmanqızının vəkili Asim Abbasov təsdiqləyib.

Qeyd edək ki, S.Hüseynova bir müddət əvvəl sosial şəbəkələrdə şəhid anasını təhqir etməsi ilə bağlı da məlumatlar yayılmışdı.

Oxşar xəbərlər

Ali Məhkəmə "Tiktok"da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı qərar verib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Publik şəxslər artıq işgüzar nüfuzu məhkəmə qaydasında müdafiə edə biləcək
Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verdi
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər