Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qadağanı uzadıb
Rusiya istehsal pozuntularının aradan qaldırılmasını təsdiqləyən heç bir təsdiqedici sənəd təqdim edilmədiyi üçün Ermənistan balığı və süd məhsullarının idxalına qoyulan qadağanı qüvvədə saxlayıb.
"Report"un məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor" - red) açıqlamasında bildirilib.
"Rosselxoznadzor"a Ermənistan tərəfinin balıq və süd məhsulları istehsalında yol verdiyi pozuntuların aradan qaldırılmasını təsdiqləyən sənədlər təqdim edilməyib. Ermənistanın yoxlama orqanından yalnız zəmanət və ərizələr daxil olub. Bu, məhdudiyyətlərin aradan qaldırılması üçün kifayət deyil. Bu barədə məlumat Ermənistan tərəfinə göndərilib", - məlumatda deyilir.
Daha əvvəl Rusiya mineral su və spirtli içkilərdən tutmuş tərəvəz, meyvə, balıq və süd məhsullarına qədər Ermənistan istehsalı olan bir sıra məhsulların idxalını məhdudlaşdırıb. Bu qərar müəyyən edilmiş pozuntulara əsaslanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













