Makron cütlüyü amerikalı podkastçı Kendis Ouensə qarşı yeni iddia qaldırıb
Fransa Prezidenti Emmanuel Makron və onun həyat yoldaşı Bricit Makron böhtanla bağlı amerikalı podkast aparıcısı Kendis Ouensə qarşı yeni iddia qaldırıblar.
"Far.Az"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə K.Ouens "X" sosial şəbəkəsində bildirib.
Fransa Prezidentinin dəftərxanasının nümayəndəsi də yeni iddianın verildiyini təsdiqləyib.
Makron cütlüyü ilk iddianı 2025-ci ilin iyulunda Delaver ştatının məhkəməsinə K.Ouens və onunla əlaqəli iki şirkətə qarşı verib. Onlar podkastçını "yalanla dolu qlobal alçaltma kampaniyası" aparmaqda günahlandırıblar. Digər məsələlərlə yanaşı, Ouensin Fransanın birinci xanımının "kişi olaraq doğulduğu" barədə iddiasından da bəhs edilirdi.
Yeni iddia K.Ouensin Brijit Makronu təsvir edən gəlincikdən istifadə etməsi ilə əlaqədardır. Məhkəmə sənədindən çıxarışlara əsasən, Makron cütlüyü gəlinciyi "gülünc" adlandırıb və Ouensin ondan Fransanın birinci xanımının xarici görünüşünü ələ salmaq üçün istifadə etdiyini bildirib.
Oktyabrın sonlarında Delaverdəki hakim qərara alıb ki, məhkəmənin Tennessi ştatında yaşayan K.Ouens üzərində yurisdiksiyası yoxdur. Bununla belə, Makron cütlüyü onun özünü şəxsən deyil, onunla əlaqəli olan şirkətləri məhkəməyə vermək imkanını qoruyub saxlayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Dələduzlar qızdan görün necə pul almağa çalışdılar - Heç kimin ağlına gəlməzdi...
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













