Xankəndidə Anım Günü ilə bağlı Zəfər parkı ziyarət olunub - YENİLƏNİB
Anım Günü ilə bağlı Xankəndi şəhərində yerləşən Zəfər parkı ziyarət olunub.
"Far.Az"un Xankəndinə ezam olunan əməkdaşı xəbər verir ki, Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi anılıb.
Zəfər parkında şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib, onlaırn məzarları üstünə gül dəstələri düzülüb.
Xankəndi şəhərində 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
"Far.Az"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.
Qeyd olunub ki, 27 Sentyabr Azərbaycan xalqının yaddaşında həm hüzn, həm də milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə Azərbaycanın müasir tarixinin ən mühüm səhifələrindən biri yazılıb. Anım Günü yalnız hüzn və kədər günü deyil, həm də yaddaş, ehtiram və Vətən qarşısında məsuliyyət günüdür.
Daha sonra Qarabağda aparılan quruculuq işlərini, doğma yurdlarına qayıdan insanların həyatını və azad edilmiş ərazilərdə yenidən başlayan yaşam tərzini əks etdirən videoçarx nümayiş olunub.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər
Naxçıvanda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid məzarları ziyarət edilir
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













