Aran zonasında şəhidlərin xatirələri anılıb
Aran zonasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbirlər keçirilib.
"Far.Az"un Aran bürosunun məlumatına görə, Salyan rayonunda keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov, Yeni Azərbaycan Partiyasının (YAP) Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə "Şəhidlər" abidə kompleksi və Şəhidlər xiyabanı ziyarət edilib. Həmçinin Milli Qəhrəman Nazim Babayevin, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsi şəhidi və Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılzadənin büstü önünə gül dəstələri düzülüb.
Şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Anım mərasiminin davamında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman vətən övladlarının əziz xatirəsinə, şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına ehtiram, diqqətin ifadəsi olaraq ehsan süfrəsi təşkil olunub.
Anım Günü ilə əlaqədar Şirvan şəhərində, eləcə də Neftçala, Hacıqabul, Sabirabad və Saatlı rayonlarında da anım tədbirləri keçirilib.
Tədbirlər çərçivəsində şəhidlər xiyabanları ziyarət olunub, onların əziz xatirəsi ehtiramla yad edilib.
Saat 12:00-da Aran zonasında da Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
-
Azərbaycanın Bolqarıstandakı səfirliyində Anım Günü ilə bağlı tədbir keçirilib
-
Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb
-
Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub













