Ərdoğan: "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq"
Far.Az xəbər saytı

Ərdoğan: "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq"


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycan xalqına mesaj göndərib.

Far.Az xəbər verir ki, Ərdoğan "X" sosial şəbəkə hesabında paylaşım edərək Vətən müharibəsində şəhid olanları rəhmətlə, qaziləri isə hörmətlə yad edib.

"Dost və qardaş Azərbaycanın Anım Günü ilə əlaqədar Qarabağı işğaldan azad etmək, azadlığına qovuşdurmaq üçün mübarizə aparan qəhrəman şəhidlərimizi rəhmətlə, qazilərimizi hörmətlə yad edirəm.

Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, 27 sentyabr Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu tarix 2020-ci ildə Vətən müharibəsinin başlamasının ildönümüdür.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər