Yevlaxda avtomobil aşıb, iki nəfər ölüb - Yenilənib
Far.Az xəbər saytı

Yevlaxda avtomobil aşıb, iki nəfər ölüb - Yenilənib


Yevlax rayonunda baş verən avtomobil qəzasında iki nəfər ölüb.

Bu barədə "Report"un Qarabağ bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Yevlax rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (qadın) noyabrın 17-də saat 09:15 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.

Bir nəfərin isə (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Yevlax rayonunda baş verən avtomobil qəzasında iki nəfər ölüb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, "Infiniti" markalı avtomobilin idarəetməni itirərək yol kənarına aşması nəticəsində maşında olan Naftalan şəhər sakinləri Tural Əliyev və Pəri Məstəliyeva aldıqları xəsarətlərdən ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb
Leyla Əliyevanın iştirakı ilə Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər