Mustafa Sandalın həyat yoldaşının adı fond qalmaqalında hallandı
Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sandalın adı ölkədə araşdırılan fond işi ilə bağlı iddialarda hallanıb.
BAKU.WS xəbər verir ki, iddialara əsasən, Melis Sandalın fond əməliyyatları nəticəsində 11 milyard türk lirəsi həcmində pul çıxışı etdiyi və son iki ay ərzində 2 milyard 350 milyon lirə xalis gəlir əldə etdiyi bildirilir.
Məlumatı şərh edən Mustafa Sandalın meneceri Tekin Önal iddiaları təkzib etməyib. O bildirib ki, sözügedən əməliyyatlarla bağlı əsas tərəf Melis Sütşurup Sandaldır və Mustafa Sandalla bağlı hər hansı ittiham və ya birbaşa əməliyyat yoxdur.
Bundan əlavə, Melis Sandalın avqust ayında xaricə getdiyi və Türkiyəyə qayıtmadığı da iddia edilir.
Qeyd edək ki, Melis Sandalın atası Cihan Sütşurup daha əvvəl səhm manipulyasiyası ilə bağlı Türkiyənin Qiymətli Kağızlar Şurası tərəfindən birjada əməliyyat aparmaqdan məhrum edilib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Brüsseldə Anım Günü ilə bağlı tədbir keçirilib
-
UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçirilib
-
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb













