Kaya Kallas Aİ ölkələrini mövcud "Patriot" raketləri ehtiyatlarını Ukraynaya verməyə çağırıb
Far.Az xəbər saytı

Kaya Kallas Aİ ölkələrini mövcud "Patriot" raketləri ehtiyatlarını Ukraynaya verməyə çağırıb


Ukraynaya təcili olaraq əlavə hava hücumundan müdafiə vasitələri lazımdır və Avropa İttifaqı (Aİ) ölkələri öz ehtiyatlarının, o cümlədən "Patriot" kompleksləri üçün Kiyevə raketlərin verilməsi imkanını nəzərdən keçirməlidirlər.

"Far.Az"un Avropa bürosunun xəbərinə görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə Aİ müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə bildirib.

"Ehtiyatları olan dövlətlərin onları Ukraynaya göndərməsi zəruridir. Daha sonra istehsal ediləcək "Patriot" raketləri ilə təhvil verilənlərin yeri doldurulmalıdır", – K.Kallas vurğulayıb.

O, həmçinin bildirib ki, hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı genişmiqyaslı xarakter daşıyır.

"Hər kəsin daha çox hava hücumundan müdafiə vasitəsinə ehtiyacı var", - K.Kallas həm Ukrayna tərəfindən olan tələbat, həm də Yaxın Şərqdəki vəziyyət fonunda istehsalı artırmağın zəruriliyini qeyd edib.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər