FIFA prezidenti Canni İnfantino Bakıda Azərbaycanın U-15 millisi ilə görüşməsi barədə paylaşım edib
Far.Az xəbər saytı

FIFA prezidenti Canni İnfantino Bakıda Azərbaycanın U-15 millisi ilə görüşməsi barədə paylaşım edib


FIFA prezidenti Canni İnfantino Bakıda Azərbaycanın U-15 milli komandası ilə görüşü barədə paylaşım edib.

"Far.Az" xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı qeydlərdə Azərbaycan millisinin bir neçə həftə sonra ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Kuboku və Festivalına hazırlığını qeyd edib.

İnfantino Azərbaycan U-15 millisi ilə görüşünə sevindiyini bildirib. Qurum rəhbəri Bakıda yaradılmış gənclər futbolu infrastrukturu ilə tanış olduğunu diqqətə çatdırıb.

FIFA prezidenti gənc futbolçularla ünsiyyətin və Bakıda yaradılmış müasir futbol infrastrukturunun FIFA-nın hər bir istedada özünü göstərmək imkanı yaratmaq və gələcək nəsil üçün yeni inkişaf yolları açmaq öhdəliyini nümayiş etdirdiyini vurğulayıb.

Canni İnfantino paylaşımında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəfə də dəstəyinə və rəhbərliyinə görə təşəkkür edib.

O, Azərbaycan U-15 milli komandasına və AFFA-ya doğma meydanda tarix yazmağa hazırlaşdıqları turnirdə uğurlar arzulayıb.

Qeyd edək ki, FIFA U-15 Dünya Kuboku və Festivalı ilk dəfə 2026-cı ildə Bakıda keçiriləcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər