Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər
Avropa liderləri Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəklərini təsdiqləyib, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən görüşdən sonra əldə olunmuş əhəmiyyətli irəliləyişi qeyd edib, iki ölkə xalqlarının və bütün regionun maraqları naminə münasibətlərin normallaşdırılması istiqamətində səyləri davam etdirməyə çağırıblar.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Siyasi Birliyinin Dublində keçirilən 9-cu Sammiti çərçivəsində Ermənistana Əsas Dəstək Qrupunun (Core Group of Support to Armenia) liderləri və nümayəndələrinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib.
"Biz həmçinin Ermənistan və Azərbaycan arasında sülh prosesini və 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən görüşdən sonra əldə olunmuş əhəmiyyətli irəliləyişi, eləcə də Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesini dəstəkləyirik", - sənəddə qeyd olunub.
Görüş iştirakçıları vurğulayıblar ki, beş ay əvvəl Ermənistanda keçirilmiş parlament seçkiləri Rusiyanın "çoxşaxəli müdaxiləsinə" baxmayaraq, erməni xalqının sülh, demokratiya və Avropa ilə daha sıx əlaqələr lehinə seçimini nümayiş etdirib.
Avropalı tərəfdaşlar Ermənistanın iqtisadi əlaqələrinin, ilk növbədə, ticarət və energetika sahələrində şaxələndirilməsinə dəstəyi davam etdirmək niyyətindədirlər. Sənəddə Aİ-nin ittifaq ölkələrinə Ermənistan ixracının 80 %-nə rüsumların tətbiqini dayandırmaq qərarı qeyd olunur.
Bundan əlavə, görüş iştirakçıları erməni xalqının Avropaya inteqrasiya istəyini, ölkənin demokratik təsisatlarının möhkəmləndirilməsini və iqtisadiyyatının inkişafını, eləcə də Ermənistanın regional nəqliyyat-kommunikasiya şəbəkələrinə və beynəlxalq ticarət axınlarına daxil edilməsini dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Görüşdə Estoniya, Fransa, Litva, Böyük Britaniya, Almaniya, Norveç və Polşa nümayəndələri və Aİ liderləri iştirak ediblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyevin Nikol Paşinyanla görüşü Gürcüstan mediasında
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













