EBRD-nin manatla buraxdığı istiqrazların gəlirliliyi 2 % azalıb
Sabah Milli Depozit Mərkəzi (MDM) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) ötən il oktyabrın 1-də manatla buraxdığı istiqrazlara görə, Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi AZİR indeksinə (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) uyğun olaraq növbəti faiz ödənişlərini həyata keçirəcək.
"Report" bu barədə MDM-yə istinadən xəbər verir.
Məlumata görə, kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1 610 manat təşkil edəcək. Bu da iyulun 1-I ilə müqayisədə 2 % azdır.
Xatırladaq ki, istiqraz emissiyasının ümumi dəyəri 50 milyon manatdır. Söhbət hər birinin nominal dəyəri 100 000 manat olan 500 ədəd dəyişkən faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir. Rüblük kupon ödənişi istiqrazların illik faiz dərəcəsinin 6,44 % müəyyən edildiyindən xəbər verir.
Prosesin anderrayterləri "ABB-İnvest" və "Unicapital" investisiya şirkətləridir.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Səssiz islahatlar ili: Azərbaycan maliyyə sektoru yeni mərhələdə - İCMAL
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-iyun, 2026)
Elçin Əlizadə: "Birjadankənar əqdləri tam rəqəmsal edəcək yeni OTC platforması hazırlanır" - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
-
"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb













