Fransada etiraz aksiyalarında 200-dən çox adam saxlanılıb
Far.Az xəbər saytı

Fransada etiraz aksiyalarında 200-dən çox adam saxlanılıb


Fransada qiymət artımına və polis zorakılığına qarşı keçirilən kütləvi etiraz aksiyaları zamanı 219 nəfər saxlanılıb.

"Report" BFMTV telekanalına istinadən xəbər verir ki, bu məlumatı ölkənin Daxili İşlər Nazirliyi (DİN) açıqlayıb.

Parisdə 22 nəfər, o cümlədən üç yetkinlik yaşına çatmayan şəxs saxlanılıb. Saxlanılmalara silah kimi təsnif edilən əşyaların daşınması, təhqir, müəyyən yerlərdə olmaq və ya nümayişlərdə iştirak etmək üçün müəyyən edilmiş məhdudiyyətlərin pozulması səbəb olub.

Ölkənin müxtəlif yerlərində baş verən iğtişaşlar zamanı 10 polis əməkdaşı yüngül xəsarət alıb. Nümayişçilər arasında zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Fransa DİN-in məlumatına görə, bütün ölkə üzrə etiraz aksiyalarında 106 min nəfər iştirak edib, onlardan 24 mini Paris küçələrinə çıxıb.

Tələbə və məktəbli birliklərindən olan etiraz təşkilatçıları daha yüksək rəqəmlər təqdim edirlər. Onların hesablamalarına görə, bütün Fransa üzrə nümayiş iştirakçılarının sayı 200 min nəfərə, o cümlədən paytaxtda 100 minə çatıb.

Oxşar xəbərlər

İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər