"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandasına qarşı oyunun çətin keçəcəyini bilirdik"
Far.Az xəbər saytı

"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandasına qarşı oyunun çətin keçəcəyini bilirdik"


"Kür" həndbol komandasının Şimali Makedoniyanın "WHC Çair" kollektivi ilə oyununun çətin keçəcəyi bəlli idi.

"Far.Az"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qadınlardan ibarət "Kür" həndbol komandasının baş məşqçisi Fuad Yanqildin deyib.

O, komandasının "WHC Çair"ə məğlub olduğu (24:27) EHF Avropa Kubokunun III təsnifat mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb:

"Çox gərgin mübarizəyə şahidlik etdik. Bundan əvvəlki müsahibələrimdə də bildirmişdim ki, Şimali Makedoniya Balkanın həndbol ənənələrinə malik ölkələrindən biridir. Onların həndbol məktəbi öz sözünü deyir. Buna görə də bizi çətin oyunun gözlədiyini bilirdik. Oyunda səhvlərimiz oldu. Çalışacağıq ki, həmin səhvləri təhlil edərək növbəti qarşılaşmada qələbə qazanaq".

Qeyd edək ki, tərəflər arasında cavab oyunu noyabrın 15-də "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
EHF Avropa Kuboku: "Kür" APOEL-i ikinci oyunda da məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
EHF Avropa Kuboku: "Kür" ilk oyunda APOEL-i böyük hesabla məğlub edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər