"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
Far.Az xəbər saytı

"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı


Aqrar texnika bazarında ölkənin öndə gələn şirkətlərindən olan "Prime Leasing" Cənub zonasında əhatə dairəsini genişləndirərək Cəlilabad regional filialının təntənəli açılışını reallaşdırdı.

Mərasimə dövlət rəsmiləri, kənd təsərrüfatı mütəxəssisləri ilə yanaşı, bölgənin müxtəlif yerlərindən gələn fermer və sahibkarlar qatıldı. Tədbir boyu İtaliyanın məşhur "Landini" və dünyanın nəhəng aqrar brendlərindən olan "Zoomlion" traktorları , həmçinin müxtəlif brendlərin aqreqatları canlı nümayiş etdirildi. Şirkət rəsmiləri açılış iştirakçılarına kənd təsərrüfatı texnikalarına dövlət dəstəkli güzəştli subsidiyalar, rahat lizinq şərtləri, habelə təmir və rəsmi ehtiyat hissələri təminatı haqqında detallı məlumatlar çatdırdılar. Həmçinin şirkətin "İndi al Novruzdan sonra ödə", "Bütün Traktorlara PULSUZ Çatdırılma" və sərfəli avans kampaniyaları barədə məlumat verildi.

Tədbirin qeyri-rəsmi hissəsində Cəlilabad filialının ilk müştərisinə smartfon və "İlk müştəri" sertifikatı təqdim edildi. Proqramın ən yaddaqalan məqamlarından biri qaliblərin mükafatlandırılması mərasimi olub. Tədbirə qeydiyyatdan keçmiş qonaqlar arasında keçirilən tirajda şanslı iştirakçılar mobil telefon və digər qiymətli hədiyyələrin sahibi olublar.

Yeni filialın istifadəyə verilməsi Cəlilabad və bütünlükdə Cənub regionunda təsərrüfatların müasir avadanlıqla təchizatını asanlaşdırmaqla yanaşı, torpaq sahiblərinin iş keyfiyyətini və məhsuldarlığını əhəmiyyətli dərəcədə artıracaq, həmçinin region fermerləri kənd təsərrüfatı texnikalarını daha əlçatan şərtlərlə əldə edə biləcəklər.

Oxşar xəbərlər

Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər