Cüdo üzrə Bakı çempionatına yekun vurulub
Far.Az xəbər saytı

Cüdo üzrə Bakı çempionatına yekun vurulub


Noyabrın 15-də Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı başa çatıb.

Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən bildirilib.

Son yarış günündə qadınlar arasında 48 kq, 52 kq və 57 kq, kişilərin mübarizəsində isə 81 kq, 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində mükafatçılar bəlli olub.

Qadınlar

48 kq

1. Xədicə Abdullayeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

2. Mələkxanım Məmmədova (Judo Club 2012)

3. Gövhər Hüseynova (Judo Club 2012)

52 kq

1. Nərmin Ağamirzəzadə (RKİM)

2. Çinarə Sadıqova (Qafqaz-Arena İK)

3. Fəridə Mirzəyeva (Umbayev Sport Klub), Nuranə Hacızadə (Azəri-Cüdo İKİB)

57 kq

1. Səmaya Yusifli (Balaxanı İM)

2. Yasəmən Əkbəri (RKİM)

3. Sonaxanım Rzayeva (Judo Club 2012)

Kişilər

81 kq

1. Abdullah Rəhmətov (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

2. Məhəmməd Ağakişiyev (Sərhədçi İM)

3. Asim Qulamzadə (Aydın Gənclər İK), Natiq Abdullayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

90 kq

1. Ruslan Nəsirli (Atilla İK)

2. Xəyyam Əliyev (Azəri-Cüdo İKİB)

3. Amir Xəzriyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM), Nurəddin Əliyev (AHİTA)

100 kq

1. Fərid İsmayılov (Judo Club 2012)

2. Eyvaz Nəsibli (DİN İC)

3. Raul İmanov (Spartak Wrestle Zone)

+100 kq

1. Murad Hüseynquliyev (AHİTA)

2. Orxan Yaqubov (Kano PİK)

3. Rohit Səlimov (Neftçi İK), Elşən Fərzəliyev (Judo Club 2012)

Komanda hesabında DİN İC (3 qızıl, 1 gümüş) birinci, "Judo Club 2012" (2 qızıl, 1 gümüş, 3 bürünc) ikinci, RKİM (2 qızıl, 1 gümüş, 1 bürünc) isə üçüncü yeri tutub.

Qeyd edək ki, yarışda ümumilikdə 35 klub və idman cəmiyyətindən 167 cüdoçu iştirak edib. Turnirin əsas məqsədi müəyyən olunmuş kvotalar əsasında Azərbaycan çempionatında mübarizə aparacaq idmançıları seçmək olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Cüdo üzrə böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçirilib
20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər