Çexiya və Azərbaycan şirkəti birgə özüyeriyən haubitsa istehsal edəcək
Çexiyanın CSG şirkəti Azərbaycandan olan tərəfdaşı ilə birgə 2027-ci ildən özüyeriyən haubitsa istehsal etməyi planlaşdırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, Bakıda keçirilən ADEX-2026 sərgisində şirkət yerli tərəfdaşla Azərbaycanda bu ilin dekabrında ikinci birgə müəssisəni yaradılacağını elan edib.
Bildirilib ki, zamanla haubitsanın istehsal texnologiyası və yeniliklər Azərbaycana ötürüləcək.
Şirkət layihənin icra ediləcəyi yeddi il ərzində gəlirin 1,8 milyard avro təşkil edəcəyini proqnozlaşdırır.
CSG-nın məlumatında vurğulanıb ki, məxfilik şərtlərinə görə, hansı tip haubitsanın istehsal ediləcəyi və hansı yerli şirkətlə əməkdaşlıq ediləcəyi açıqlanmır.
Qeyd edək ki, buna qədər CSG Azərbaycanda birgə müəssisə olan "VEXA DS" MMC yaradıb. Adıçəkilən MMC zirehli və digər yerüstü hərbi texnikanın təmiri, texniki xidməti və modernləşdirilməsi ilə məşğul olur.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə













