Polşada Konstitusiya Məhkəməsinin sədri vəzifəsindən kənarlaşdırılıb
Far.Az xəbər saytı

Polşada Konstitusiya Məhkəməsinin sədri vəzifəsindən kənarlaşdırılıb


Polşa Konstitusiya Məhkəməsi Hakimlərinin Ümumi Yığıncağı məhkəmə sədri Boqdan Sventçkovski və onun müavini Bartlomey Soxanskinin vəzifələrindən kənarlaşdırılması, eləcə də onların hakim toxunulmazlığından məhrum edilməsi barədə qərar qəbul edib.

"Report" "Euronews"a istinadən xəbər verir ki, müvafiq qərar Polşanın baş prokuroru Valdemar Jurekin vəsatəti əsasında qəbul edilib.

Baş prokurorun sözlərinə görə, toxunulmazlığın ləğvi prokurorluğa hər iki hakimə qarşı cinayət ittihamı irəli sürməyə imkan verir.

Oktyabrın 30-da verilmiş vəsatətlərdə xüsusilə operativ müşahidə materiallarından icazəsiz istifadədən və məxfi məlumatların açıqlanmasından söhbət gedirdi.

Prokurorluğun müraciətindən əvvəl Seymin hazırkı tərkibi tərəfindən seçilmiş bir qrup hakim Anna Korvin-Piotrovskayanın ən böyük iş stajına malik hakim kimi Konstitusiya Məhkəməsinin rəhbəri təyin edilməsi barədə bəyanatla çıxış etmişdi.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin tərkibi ilə bağlı məsələ artıq uzun müddətdir, Polşanın aparıcı siyasi qüvvələri arasında fikir ayrılığı predmeti olaraq qalır.

Baş nazir Donald Tuskun hökuməti əvvəlki hakimiyyət dövründə seçilmiş hakimlərin dəyişdirilməsinə nail olmağa çalışır. Lakin Polşa Prezidenti Karol Navrotski bu ilin əvvəllərində Seym tərəfindən seçilmiş altı hakimin təyinatını təsdiqləməkdən imtina edib. Sventçkovski isə, öz növbəsində, onları vəzifələrinin icrasına buraxmırdı.

Navrotski və Sventçkovski 2023-cü ilə qədər hakimiyyətdə olmuş müxalif "Hüquq və Ədalət" Partiyasını dəstəkləyirlər.

Oxşar xəbərlər

AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb
"Euronews Academy" çərçivəsində keçirilən "Rəqəmsal Jurnalistika" təlim proqramı yekunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər