Yalçın Rəfiyev: "Karbondan təmizlənmiş gələcəyə doğru birgə çalışmalıyıq"
Maliyyə, hökumət, xeyriyyəçilik və vətəndaş cəmiyyətinin müxtəlif tərəfləri karbondan təmizlənmiş gələcəyə ədalətli keçidi sürətləndirmək kimi ümumi məqsədə doğru birlikdə çalışmalıdırlar.
"Far.Az" xəbər verir ki, bunu noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nın bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, bu tədbir əməkdaşlığın gücünün və iqlim fəaliyyətinin maliyyələşdirilməsini inkişaf etdirmək üçün ortaq öhdəliyin sübutu olub: "Müzakirələrimiz Paris Sazişinin və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində maliyyələşdirmə və investisiyanın kritik rolunu vurğulayıb. Sessiyalar boyu biz innovativ maliyyə həllərini, birbaşa xarici investisiyaların kritik rolunu və dövlət-özəl tərəfdaşlıqların transformasiya potensialını araşdırdıq. Müzakirələr 1 trilyon ABŞ dollarını aşan iqlimlə bağlı maliyyə boşluğunu aradan qaldırmaq və investisiyaları artırmaq üçün həm dövlət, həm də özəl kapitaldan istifadənin vacibliyini vurğulayıb".
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Tramp: İranla münaqişə seçkilərdən sonra başa çata bilər
-
Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək - EKSKLÜZİV
-
Bəqai: Hörmüz boğazı ilə bağlı İran-Oman danışıqlarının nəticələri açıqlanacaq
-
Azərbaycanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 334 mindən çox şəxs qəbul edilib













