Komitə sədri: "Prezident qarşıda duran vəzifələri açıqladı"
Far.Az xəbər saytı

Komitə sədri: "Prezident qarşıda duran vəzifələri açıqladı"


"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında qarşıda duran vəzifələri müəyyənləşdirdi və Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirdi".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev YAP-ın VIII Qurultayı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri:

O bildirib ki, qurultay Azərbaycanın və xalqın həyatında olduqca əlamətdar hadisədir:

"Prezident İlham Əliyev orada çox əhəmiyyətli məsələləri vurğuladı və proqram xarakterli çıxış etdi. Qarşıda duran vəzifələri göstərdi və təkcə bizə göstərmədi, həm də dünya ictimaiyyətinə göstərdi ki, Azərbaycan güclü dövlətdir. Azərbaycan öz torpaqlarını özü işğaldan azad edən və özü bərpa edən dövlətdir".

Komitə sədri əlavə edib ki, Azərbaycanın sosial-iqtisadi inkişafı davam edir:

"Gələn ildən həm əməkhaqqıları artacaq, həm də pensiyalar, müavinətlər artacaq. Bu da əhalinin sosial rifahına müsbət təsir edəcək".

Oxşar xəbərlər

"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər