Əziz Əlibəyli: "YAP Azərbaycanın siyasi tarixində mühüm rol oynayan əsas təşkilatdır"
Far.Az xəbər saytı

Əziz Əlibəyli: "YAP Azərbaycanın siyasi tarixində mühüm rol oynayan əsas təşkilatdır"


"Azərbaycanın dövlət olaraq yaşaması prosesi və tarixi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır".

Bu sözləri politoloq Əziz Əlibəyli Far.Az-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 3 oktyabra gətirib çıxaran proseslərdə Azərbaycanın keçdiyi çətin dövrlərin kifayət qədər ciddi siyasi və tarixi əhəmiyyəti var.

"1993-cü il 3 oktyabrına qədər yaşanan tarixi proseslərin, o cümlədən Ermənistanın işğalı fonunda ölkə daxilində vətəndaş müharibəsinin başlaması ehtimalının kifayət qədər real olduğu bir dövrdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana gəlməsi, parlament vasitəsilə siyasi proseslərə qoşulması və daha sonra ölkə rəhbəri, seçkilər yolu ilə isə prezident seçilməsi mühüm siyasi hadisələr idi.

Bütün bu siyasi proseslərin xalq tərəfindən dəstəklənməsi və siyasi iştirakçılığın təmin olunması Yeni Azərbaycan Partiyasının (YAP) adı ilə bağlıdır. YAP Prezident Heydər Əliyevin ideyalarını daşıyan, vahid siyasi, ideoloji və kadr bazasını formalaşdıran, təşkil edən əsas siyasi qurumdur", - deyə siyasətçi vurğulayıb.

Politoloq deyib ki, YAP dövlətin əsas siyasi institutlarından biri olub:

"Şübhəsiz ki, YAP Azərbaycanın müstəqillik tarixi ilə yaşıddır.

Biz artıq sonrakı dövrlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin timsalında yeni missiya daşıyan partiya görürük. Bu, Azərbaycanın zəfər partiyası, qalibiyyət partiyası, qalib siyasətin partiyasıdır.

Bu mənada 30 il əvvəl əsas məqsəd dövləti qorumaq, qurmaq, saxlamaq və gələcəyə ötürmək uğrunda mübarizə aparmaq idisə, bu gün artıq YAP-ın aparıcı hakim partiya kimi qurultayında ölkə rəhbərinin verdiyi mesajlar əsas etibarilə qlobal və regional siyasi prosesləri özündə əks etdirir.

Bu mesajlar Azərbaycanın bu illər ərzində keçdiyi yolun, siyasi maraqlarının və gücünün göstəricisinə çevrilir.

Proses kifayət qədər böyük və ciddidir. Azərbaycanla bağlı xarici maraqların, müxtəlif qrupların və ölkə üçün mühüm məsələlərin diqqət mərkəzində olması gözləniləndir.

Bir sözlə, bütün bunlar Azərbaycanın regional güc olduğunun əsas göstəricilərindən biridir".

Oxşar xəbərlər

Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər