Gəncəyə ikinci raket hücumundan altı il ötür
Bu gün Vətən müharibəsi zamanı Gəncəyə ermənilərin ikinci raket hücumundan altı il keçir.
BAKU.WS xatırladır ki, 2020-ci il oktyabr ayının 5-də Gəncənin raket atəşinə tutulması barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yaymışdı.
Saat 21 radələrində Ermənistan ərazisindən atılan raket Gəncənin "Grand Qafqaz" Ticarət Kompleksinin yaxınlığına düşdüyü üçün partlayışın təsirindən bina tamamilə yararsız hala düşür.
Həmin gün Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilirdi ki, 5 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində Ermənistanın silahlı qüvvələri ağır artilleriyadan atəş açmaqla Gəncə şəhərinin müxtəlif ərazilərinə top mərmiləri atıb. Ordumuzun qətiyyətli tədbirləri nəticəsində Ermənistanın silahlı birləşmələrinin terror cəhdlərinin qarşısının alınması nəticəsində mülki əhali arasında xəsarət alan olmayıb və mülki infrastruktur obyektlərinə hər hansı ziyan dəyməyib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabr) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













