Muxtar Babayevlə Gedion Timothevos COP32-nin prioritetlərini müzakirə ediblər
Far.Az xəbər saytı

Muxtar Babayevlə Gedion Timothevos COP32-nin prioritetlərini müzakirə ediblər


Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində Antalyada Efiopiyanın xarici işlər naziri, COP32-nin prezidenti olacaq Gedion Timothevosla görüşüb və fikir mübadiləsi aparıb.

"Far.Az" xəbər verir ki, bu barədə M. Babayev "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"COP31 çərçivəsində Antalyada Efiopiyanın xarici işlər naziri və COP32-nin gələcək prezidenti Gedion Timothevos ilə məhsuldar görüş keçirilib. Efiopiya gələn il COP32-yə ev sahibliyi etməyə hazırlaşır", - o yazıb.

Görüş zamanı COP32-nin prioritetləri ətrafında fikir mübadiləsi aparılıb, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsi və Bakı şəhərində konsensusun əldə olunması istiqamətindəki təcrübəsi bölüşülüb.

Bundan əlavə, Bakı şəhərində razılaşdırılmış nəticələrin davam etdirilməsi və həyata keçirilməsinə dəstək məqsədilə komandalar arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Oxşar xəbərlər

Efiopiyanın Baş naziri "ASAN xidmət"də olub
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
"Azərsun Holdinq"in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - Yenilənib-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər