Ata 14 yaşlı qızını oğlanla danışanda tutdu, özü təcavüz etdi - Dəhşətli cinayətin təfərrüatı
Füzuli rayonunda ata doğma qızına təcavüz edib.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, rayon sakini, 1987-ci il təvəllüdlü Vasif Ağayev (ad və soyad şərtidir - red.) 2008-ci ildə ailə qurub və birgə nikahdan 3 övladı olub.
Bir müddət əvvəl Vasifin anası yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb və xəstəxanaya yerləşdirilib. O, həyat yoldaşını anasına qulluq etmək üçün Bakıya göndərib. Həmin gündən etibarən Vasif rayon ərazisindəki kafelərdə dostları ilə yeyib-içib, evə sərxoş gəlib. O, bir gün evə sərxoş gələrkən qızını telefonla başqa şəxslə danışdığını görüb və telefonu ondan alıb. Məlum olub ki, 2009-cu il təvəllüdlü qızı rayonda yaşayan bir oğlanla yazışır. Qızı atasından xahiş edib ki, bu barədə heç kimə məlumat verməsin. Ata qızının xahişi ilə razılaşıb və bu barədə heç kimə məlumat verməyib. Səhəri gün Vasif evdə qızının yatdığını görüb onun otağına keçib və ona təcavüz edib. Qız atasına müqavimət göstərsə də, Vasif onun köməksiz vəziyyətindən istifadə edərək döyüb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Ata ilə qızının bu münasibəti bir il davam edib. Bir ildən sonra qız bu barədə sevgilisinə məlumat verib və atası tərəfindən təcavüzə məruz qaldığını deyib. Oğlanın şikayəti əsasında polis əməkdaşları əməliyyat tədbiri keçirib və Vasif Ağayev saxlanılıb. O, hadisəni etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə V.Ağayev 15 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qubada yol tamamilə çökdü
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Ciqan valideynlikdən məhrum oluna bilər
-
İranın vitse-spikeri: ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik













