İSB "Sığorta haqqını hesabla" xidmətini istifadəyə verib, Şəxsi Kabineti yeniləyib
İcbari Sığorta Bürosu (İSB) sığorta xidmətlərinin rəqəmsallaşdırılması, informasiya sistemləri arasında məlumat mübadiləsinin genişləndirilməsi və vətəndaşların sığorta məlumatlarına çıxış imkanlarının artırılması istiqamətində "Sığorta haqqını hesabla" yeni rəqəmsal funksionallığını istifadəyə verib.
"Report" bu barədə Büroya istinadən xəbər verir.
Məlumata görə, funksionallıq vətəndaşlara avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqını real vaxt rejiminə uyğun olaraq onlayn hesablamaq imkanı yaradır.
Yeni xidmət vasitəsilə vətəndaşlar mülkiyyətində olan və ya digər qanuni əsaslarla istifadə etdikləri nəqliyyat vasitələri üzrə sığorta haqqını əvvəlcədən hesablaya və məbləğin formalaşmasına təsir edən əsas göstəricilər barədə məlumat əldə edə bilərlər.
Funksionallıq İSB-nin www.isb.az rəsmi internet səhifəsindəki Şəxsi Kabinet vasitəsilə təqdim olunur. Xidmətdən yararlanmaq üçün istifadəçilər "Daxil ol" bölməsindən Şəxsi Kabinetə elektron imza vasitələri – myGov ID, SİMA İmza, Asan İmza və ya Elektron imza (e-imza) ilə daxil olmalıdırlar.
İstifadəçi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını və qeydiyyat şəhadətnaməsinin nömrəsini daxil etdikdən sonra sığorta haqqının hesablanması üçün zəruri məlumatlar aidiyyəti dövlət qurumlarının və İSB-nin informasiya sistemlərindən avtomatik əldə edilir.
Hesablama nəticəsində istifadəçiyə yekun sığorta haqqı ilə yanaşı, məbləğin formalaşmasına təsir edən əsas göstəricilər, o cümlədən sığortalı günlərin sayı və tətbiq olunan sığorta tarixçəsi əmsalı barədə məlumat təqdim olunur.
Yeni rəqəmsal funksionallıq vətəndaşlara sığorta müqaviləsi bağlamazdan əvvəl sığorta haqqı və həmin məbləğin formalaşmasına təsir edən əsas göstəricilər barədə məlumat əldə etmək imkanı verir.
Bundan əlavə, İSB-nin www.isb.az rəsmi internet səhifəsi vasitəsilə təqdim olunan Şəxsi Kabinet də yenilənərək ekran görünüşü və funksional imkanları təkmilləşdirilib. Yenilənmiş Şəxsi Kabinet vasitəsilə artıq sığortalılar qüvvədə olan icbari sığorta müqavilələri barədə məlumatları daha rahat əldə edə, o cümlədən sığorta müqaviləsinin bitmə tarixini öyrənə bilərlər. Aparılan yeniliklər sığorta məlumatlarına çıxışı asanlaşdırır və rəqəmsal xidmətlərdən istifadə imkanlarını genişləndirir.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycanda avtomobil sığortası ilə bağlı yeni qaydalar qüvvəyə mindi
Azərbaycanda avtomobillərin icbari sığortası qaydası dəyişdirilir, Bonus-Malus sistemi ləğv edilir
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qubada yol tamamilə çökdü
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Ciqan valideynlikdən məhrum oluna bilər
-
İranın vitse-spikeri: ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik













