Azercell yeni "Oyun Portalı"nı istifadəyə verir
Far.Az xəbər saytı

Azercell yeni "Oyun Portalı"nı istifadəyə verir


Azercell rəqəmsal xidmətlər portfelinə oyun xidmətlərini əlavə edir.

"Azercell" mobil tətbiqində istifadəyə verilən yeni "Oyun Portalı" müxtəlif oyun, turnir və viktorinaları bir platformada birləşdirir.

Şirkət bu istiqamətdə fərqli maraqlara uyğun interaktiv oyunlar və rəqəmsal əyləncə həlləri inkişaf etdirməyi hədəfləyir.

İlkin mərhələdə "Oyun Portalı" bölməsində 10-dan çox oyun, turnirlər və günlük abunəlik əsasında təqdim olunan viktorina yer alacaq. İstifadəçilər oyunlardan ödənişsiz yaralana, turnirlərdə iştirak edərək hədiyyələr qazana biləcəklər.

15 sualdan ibarət olan viktorina oyununda isə iştirakçılar düzgün cavablar əsasında müxtəlif səviyyələri keçərək internet paketləri qazanmaq imkanı əldə edəcəklər. Hədiyyələr müəyyən sayda düzgün cavaba çatdıqda təqdim olunacaq. Abunəlik haqqı gündə 1 oyun cəhdi üçün 0,50 AZN, əlavə hər cəhd üçün isə 0,40 AZN təşkil edir. Abunəçilər gün ərzində 4 dəfə əlavə cəhd əldə edə bilərlər.

Azercell "Oyun Portalı"nı mərhələli şəkildə inkişaf etdirərək istifadəçilərə daha geniş oyun seçimi və yeni rəqəmsal əyləncə imkanları təqdim etməyi planlaşdırır.

Oxşar xəbərlər

Daşkəsəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər