AYNA: COP29-un 4-cü günündə 52 mindən çox sərnişin daşınıb
Far.Az xəbər saytı

AYNA: COP29-un 4-cü günündə 52 mindən çox sərnişin daşınıb


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 4-cü günündə təşkil edilmiş 18 Nəqliyyat Mübadilə Mərkəzindən etibarlı nəqliyyat əlaqəsi təmin edilib və 52 367 sərnişin daşınıb.

Bu barədə “Far.Az” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə AYNA gücləndirilmiş rejimdə çalışır. Nəqliyyat əməliyyatlarını təmin etmək üçün AYNA tərəfindən “BakuBus”, Bakı Taksi Xidməti, “Azparking” əməkdaşları daxil olmaqla ümumilikdə 1 600 nəfərdən çox heyət üzvü cəlb edilib.

Xatırladaq ki, COP29-un ilk günü 35 min, ikinci günü 45 minə yaxın, üçüncü günü 43 min sərnişin şatllarla daşınıb. Bu günədək ümumilikdə 175 mindən çox sərnişinə xidmət göstərilib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər