Bakıda azyaşlının intim görüntülərini yayan şəxs 5 il həbs edildi
Far.Az xəbər saytı

Bakıda azyaşlının intim görüntülərini yayan şəxs 5 il həbs edildi


Bakıda yetkinlik yaşına çatmayan qızın görüntülərini sosial şəbəkələrdə yayan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Far.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Maştağa qəsəbə sakini 2000-ci il təvəllüdlü Malik Məmmədov (adlar və soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 171-1-ci (uşaq pornoqrafiyasının dövriyyəsi) maddəsi ilə iş açılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, "Instagram"da tanış olduğu 14 yaşlı Südabənin intim görüntülərini əldə edərək özündə saxlayıb. Malik qızın qohumlarının telefon nömrəsini də ondan tələb edərək alıb. Bir müddət sonra münasibətlərinin pozulmasını və qızın onu sosial şəbəkədə bloklamasını bəhanə edərək beş müxtəlif videonu onun anasına və digər qohumlarına göndərib.

Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Malik beş il həbs cəzasına məhkum edilib. Oktyabrın 1-də keçirilən son məhkəmə iclasında o həbs olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər