Bu ölkədə 6 günlük iş rejimi ləğv edilir
Far.Az xəbər saytı

Bu ölkədə 6 günlük iş rejimi ləğv edilir


Braziliyada həftədə 6 günlük iş rejimi ləğv edilir.

BAKU.WS xəbər verir ki, prezident Luiz İnasio Lula da Silva işçilərin həftədə 6 gün işləyib 1 gün istirahət etməsini nəzərdə tutan "6x1" əmək sisteminin ləğvi ilə bağlı fərman imzaladığını bəyan edib.

Yeni qaydalara əsasən, əməkhaqlarında heç bir azalma olmadan işçilərin həftəlik istirahət günlərinin sayı ikiyə çatdırılacaq.

İş vaxtının azaldılmasını nəzərdə tutan qanun 16 dekabr tarixindən etibarən qüvvəyə minəcək.

Sosial şəbəkə hesabında paylaşım edən dövlət başçısı bu addımı Braziliya əməkçiləri üçün tarixi nailiyyət kimi dəyərləndirib.

"Maaşlarda heç bir kəsir olmadan həftədə iki gün istirahət. Bu gün "6x1" iş sisteminə son qoyan fərmanı imzaladım. Bu, hökumətimizin qətiyyəti və dəstəyi ilə qazanılmış Braziliya fəhlə sinfinin tarixi zəfəridir" -deyə o bildirib.

Lula da Silva çıxışında insanların ailələrinə, övladlarına, istirahətə və ictimai həyata vaxt ayırmasının vacibliyini xüsusi vurğulayıb.

Oxşar xəbərlər

"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər