Dünya çempionatı: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq - YENİLƏNİB-2
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.
"Far.Az"un məlumatına görə, milli üzvü 1/4 finalda fransalı Dayyan Bulemtapesə uduzub.
Buna baxmayaraq, Azərbaycan cüdoçusu medal qazanmaq şansını saxlayıb. Belə ki, Məmmədəliyev təsəlliverici görüşdə italiyalı Leonardo Valerianini üstələyəcəyi təqdirdə bürünc medal uğrunda yarışmaq hüququ əldə edəcək.
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.
"Far.Az"un məlumatına görə, idmançı 1/8 finalda böyük britaniyalı cüdoçu Etan Nairini məğlub edib.
R.Məmmədəliyev 1/4 finalda fransalı Dayyan Bulemtapes ilə qarşılaşacaq.
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
"Far.Az"un məlumatına görə, idmançı 1/16 finalda Castin Lemiri (Kanada) məğlub edib.
R.Məmmədəliyev 1/8 finalda böyük britaniyalı cüdoçu Etan Nairinlə üz-üzə gələcək.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
Oxşar xəbərlər
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Avropa çempionatı: Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB-12
Avropa çempionatı: Balabəy Ağayev də bürünc medal uğrunda görüşə vəsiqə əldə edib - YENİLƏNİB-10
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb













