Rəşad Xalıqov: "Bakı Avropa və Asiya arasında 4 istiqamətdə rəqəmsal dəhliz qurur"
Azərbaycan milli strateji rəqəmsal transformasiya proqramı həyata keçirir və bu prosesi ayrı-ayrı İT təşəbbüslərinin məcmusu deyil, vahid dövlət proqramı kimi nəzərdən keçirir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal inkişaf və innovasiyalar şöbəsinin müdiri Rəşad Xalıqov Bakıda keçirilən Almaniya-Azərbaycan konfransında bildirib.
Onun sözlərinə görə, respublikada rəqəmsallaşmanın əsas prioritetləri müəyyən edilib. Xüsusilə, Rəqəmsal İnkişaf Konsepsiyası bəyənilib, həmçinin süni intellekt və kibertəhlükəsizlik sahəsində strateji sənədlər təsdiqlənib. Ölkə Prezidentinin imzaladığı 2026-2028-ci illər üçün rəqəmsal inkişafın sürətləndirilməsinə dair Tədbirlər Planı bu istiqamətin mərkəzi strateji sənədi olub. Onun icrasının əlaqələndirilməsini təmin etmək üçün Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb.
R. Xalıqov qeyd edib ki, tədbirlər planı 4 prioritet istiqamətə əsaslanır: rəqəmsallaşma, süni intellekt, innovasiyalar və kibertəhlükəsizlik. İnsan kapitalının artırılması, infrastruktur təminatı, normativ-hüquqi baza və dövlət idarəetmə sistemi onlar üçün təməl rolunu oynayır. Sənəddə üzərində işlərin artıq başladığı 58 təşəbbüs yer alır. Onların arasında Milli Məlumat Anbarı (Data Lake House) formalaşdırılması və bütün dövlət xidmətlərinin vahid "myGov" tətbiqində birləşdirilməsi də daxil olmaqla, 18-i prioritet statusu alıb.
Rəqəmsal dəhliz mövzusuna toxunan R. Xalıqov diqqəti ona yönəldib ki, rəqəmsal dövrün şəraitində dövlət klassik tranzit marşrutları ilə məhdudlaşmır. Tamhüquqlu rəqəmsal hab yaratmaq üçün Bakı dördsəviyyəli arxitektura formalaşdırır: Avropa və Asiya arasında etibarlı telekommunikasiya infrastrukturu, məlumatların saxlanması və emalı obyektləri, süni intellekt üçün hesablama resursları və rəqəmsal xidmətlərin yekun səviyyəsi. O həmçinin qeyd edib ki, enerji resurslarının bolluğu və regional əlaqəliliyin gücləndirilməsi hesabına Azərbaycan hesablama güclərinin yerləşdirilməsi üzrə əsas dünya meydançalarından birinin mövqeyini tutmaq üçün əhəmiyyətli rəqabət üstünlüklərinə malikdir.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir













