Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər
Far.Az xəbər saytı

Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər


Qazax rayonunda məktəbli həmkəndlisini bıçaqlayıb. Hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.

Far.Az Baku TV-yə istinadla bildirir ki, məlumata görə, toyda olan 11-ci sinif şagirdi Sabir Vəliyevlə 20 yaşlı Hümbət Omarov arasında mübahisə düşüb.

Daha sonra yeniyetmə həmkəndlisini bıçaqlayıb. Xəsarət alan şəxsin qohumu Bilal Omarov hadisənin toyda başlayan mübahisədən sonra baş verdiyini bildirib:

"Söhbət toyda başlayıb. Bizim kəndin üstündən kanal keçir. Onu kanalın üstünə aparıb, orada bıçaqla vurub. Atası yoxdur, tək anası var".

Digər qohum Sarı Omarov isə hadisədən əvvəl tərəflərin toyda spirtli içki qəbul etdiyini deyib:

"Qonşuda toyda olublar. İçiriblər".

Məlumata görə, Hümbət Omarov bir neçə ay əvvəl hərbi xidmətdən tərxis olunub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
"McDonald"s Azərbaycan" ölkə üzrə şəhid ailələrinin birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər