"McDonald"s Azərbaycan" ölkə üzrə şəhid ailələrinin birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Far.Az xəbər saytı

"McDonald"s Azərbaycan" ölkə üzrə şəhid ailələrinin birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi


Yeni tədris ili ərəfəsində "McDonald"s Azərbaycan" Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birlikdə şəhid ailələrinin uşaqlarına dəstək ənənəsini davam etdirir.

Artıq üçüncü ildir ki, "McDonald"s Azərbaycan" Azərbaycanın hər yerində şəhid ailələrindən olan birinci sinif şagirdlərinə zəruri məktəb ləvazimatları ilə təchiz olunmuş məktəb çantaları təqdim edir.

Bu il ölkə üzrə 194 birinci sinif şagirdi olan şəhid övladı məktəb ləvazimatları ilə təmin edildi. Məktəb dəstləri Dövlət Sosial Müdafiə Fonduna (DSMF) təhvil verildi, Fond isə öz növbəsində onların ölkənin müxtəlif bölgələrində yaşayan uşaqlara çatdırılmasını təmin etdi.

Bakıda yaşayan birinci sinif şagirdi olan şəhid övladları üçün "McDonald"s" restoranında yeni tədris ilinin başlanması münasibətilə bayram tədbiri təşkil olundu. Uşaqlara "McDonald"s" tərəfindən müxtəlif təamlar təqdim edilib, animatorların iştirakı ilə əyləncəli proqram təşkil olunub, həmçinin zəruri məktəb ləvazimatları ilə təchiz edilmiş məktəb çantaları hədiyyə edilib.

Layihə "McDonald"s Azərbaycan" ilə Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış müvafiq memorandumla təsbit olunmuş uzunmüddətli tərəfdaşlıq çərçivəsində həyata keçirildi. Bu əməkdaşlıq çərçivəsində şirkət şəhid və veteran ailələrinin uşaqlarına dəstək məqsədilə korporativ sosial məsuliyyət layihələrini ardıcıl şəkildə həyata keçirir.

Oxşar xəbərlər

"McDonald"s Azərbaycan" və DSMF şəhid və veteran övladları üçün Novruz bayramı tədbiri təşkil edib
"McDonald's Azərbaycan" və DSMF şəhid övladlarının iştirakı ilə teatr tamaşası təşkil edib
"McDonald"s Azərbaycan" şəhid və qazi ailələrinin övladları üçün yay istirahəti təşkil edib
"McDonald"s Azərbaycan" şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib
McDonald"s Azərbaycan dünya çempionu olan gənc karateçini dəstəklədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər