Siyavuş Novruzov: "Niyə fermer öz ərazisində tikinti aparmaq üçün yeddi nazirlikdən icazə almalıdır?"
Far.Az xəbər saytı

Siyavuş Novruzov: "Niyə fermer öz ərazisində tikinti aparmaq üçün yeddi nazirlikdən icazə almalıdır?"


"Fermerin 200 hektar torpağı var, özəldir, özəlləşdirilib. Lakin fermerin öz ərazisində nə anbar, nə ofis, nə digər başqa bir şey tikmək imkanı var".

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında "Aqrar sahə haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Tikməyə başlayanda deyirlər ki, torpağın kateqoriyası dəyişdirilməlidir. İstər-istəməz burada, məsələn, bunun əgər anbarı olsa, öz məhsulunu öz anbarında saxlasa, başqasının soyuducusuna yığmasa, qışda qiymətlər artanda fermer bunu satışa çıxarsa, daha çox gəlir əldə edə bilər.

Lakin bu kateqoriyanın dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetində yeddi nazirlikdən icazə almaq lazımdır. Yaxşı, bu özəldir, Əmlak Məsələləri Dövlət Xidmətindən niyə icazə alınır? Və yaxud da ki, burada yeddimərtəbəli bina tikmir ki, gedib Tikinti və Arxitektura İşləri Komitəsindən icazə alsın. Bir ofis tikir ki, həm işçiləri, həm mühasibi orada otursunlar, həm də nahar fasiləsində işçiləri yemək yesinlər və işləyən ailələrə bir normal şərait yaradılmalıdır ki, bunlar da burada otursunlar", - deyə deputat vurğulayıb.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər