Dünya çempionatı: Zelim Tçkayev finala vəsiqə qazanıb - YENİLƏNİB-3
Far.Az xəbər saytı

Dünya çempionatı: Zelim Tçkayev finala vəsiqə qazanıb - YENİLƏNİB-3


Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

"Far.Az"un məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda qazaxıstanlı Abilayxan Zubanazarla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Z.Tçkayev qızıl medal uğrunda görüşə vəsiqə əldə edib. O, son qarşılaşmasında gürcüstanlı Tato Qriqalaşvili ilə münasibətlərə aydınlıq gətirəcək.

A. Zubanazar bürünc medal üçün Ömər Rəcəbli ilə görüşəcək.

Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

"Far.Az"un məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda belçikalı Mattias Kasse ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Z.Tçkayev yarımfinala vəsiqə qazanıb.

O, finala gedən yolda qazaxıstanlı Abilayxan Zubanazarla görüşəcək.

Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

"Far.Az"un məlumatına görə, 81 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Z.Tçkayev 1/4 finala adlayıb.

Onun növbəti raunddakı rəqibi belçikalı Mattias Kasse olacaq.

Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatındakı ilk görüşündə qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

"Far.Az"un məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Viktor Sterpu (Moldova) ilə üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən Z.Tçkayev 1/8 finala vəsiqə qazanıb. O, növbəti raundda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə qarşılaşacaq.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər

Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempionatında bürünc medal qazanıb - YENİLƏNİB
Avropa çempionatı: Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB-12
Avropa çempionatı: Balabəy Ağayev də bürünc medal uğrunda görüşə vəsiqə əldə edib - YENİLƏNİB-10
Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempipnatında yarımfinala yüksəlib
AÇ: Zelim Kotsoyev diskvalifikasiya edilib, Azərbaycan yığması turniri 4 medalla başa vurub - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər