Bəhreyn DİN: İranın hücumu zamanı iki nəfər xəsarət alıb
Dünən İran tərəfindən Bəhreynə edilən hücum zamanı ən azı iki nəfər xəsarət alıb.
"Far.Az" xəbər verir ki, bu barədə bazar günü krallığın Daxili İşlər Nazirliyi (DİN) "X" sosial şəbəkəsində məlumat yayıb.
"Dünən Bəhreynə edilən ... İran hücumları nəticəsində əlilliyi olan ölkə vətəndaşı yaralanıb və vəziyyəti stabildir, həmçinin ölkədə yaşayan Pakistan vətəndaşı da xəsarət alıb. Onun vəziyyəti kritikdir. Hər ikisi xəstəxanada müalicə alır", - paylaşımda qeyd olunub.
Daha əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreynin Ər-Rifa və Avali şəhərlərindəki Amerika bazalarına zərbələr endirdiklərini bəyan edib. Lakin Bəhreyn DİN-in məlumatına görə, zərbə yanğın baş verən mülki sənaye obyektinə dəyib.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Kamran Əliyev Bəhreynə işgüzar səfər edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib













