Türkiyədə "fond qalmaqalı"ndakı əsas ADLAR AÇIQLANDI
Far.Az xəbər saytı

Türkiyədə "fond qalmaqalı"ndakı əsas ADLAR AÇIQLANDI


Türkiyədə "fond qalmaqalı"nın əsas adları açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Hürriyet" qəzetinin köşə yazarı Ahmet Hakan bildirib.

O ölkədə gündəm olan fond istintaqı çərçivəsində adı hallanan şəxsləri və şirkətləri açıqlayıb.

Ahmet Hakanın köşə yazısındakı adlar sırasında ilk yerdə "Pusula" və "Katılımevim"lə əlaqəli olduğu bildirilən iş adamı Serdar Turhan qərarlaşıb.

Jurnalist onun hazırda həbsdə olduğunu qeyd edərək məbləğin miqyasına diqqət çəkib:

"Elə-belə deyil, çox böyük dələduzluq edib. Dilə asan gəlir, amma 33 milyard lirədən çoxdur..." -deyə Ahmet Hakan bildirib.

Türkiyədə

İkinci sırada yer alan bu şirkətlə bağlı Emre Tezmenin adı önə çıxarılıb. Hakan onun da həbs edildiyini qeyd edib.

Siyahının üçüncü pilləsində Cihan Sütşurup və Melis Sandal yer alıb.

Yazıda iddia olunur ki, Sandal sözügedən vəsaitin 1,4 milyard lirəsini geri qaytarıb, 4,3 milyard lirəsinə isə məhkəmə qərarı ilə həbs qoyulub. Qalan 4,5 milyard lirənin hələ də geri alınmadığı, hər iki şəxsin isə axtarışda olduğu bildirilib.

Türkiyədə

Dördüncü sırada "Pusula"nın portfel rəhbəri kimi təqdim olunan 29-30 yaşlarında olduğu bildirilən Muhammet Yariz yer alıb. Onun da həbsdə olduğu yazılıb.

Türkiyədə

Ahmet Hakanın təqdim etdiyi göstəricilərin cəmi 65 milyard lirə təşkil edir.

Bununla belə, qeyd olunur ki, bu rəqəmlər yalnız müəllifin köşə yazısında irəli sürdüyü iddialara əsaslanır.

Oxşar xəbərlər

Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin yeni təfərrüatı
Formula 1: Corc Rassel sıralama turunu birinci sırada bitirib
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
Mustafa Sandal xanımı ilə 11 milyardı götürərək ölkədən çıxıb?
Evli iş adamı ilə eşq yaşayan və hazırda ektrasens olan MÜĞƏNNİNİN HEKAYƏSİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər