İlham Əliyev: Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 %-dən çox artıb
Far.Az xəbər saytı

İlham Əliyev: Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 %-dən çox artıb


Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib.

"Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı olan 400-dən çox şirkət fəal fəaliyyət göstərir. Son illərdə Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollarla ölçülür", - dövlət başçısı vurğulayıb.

Azərbaycan Prezidenti ilk növbədə birgə layihələrin reallaşdırılması, yeni istehsal sahələrinin yaradılması və sənaye kooperasiyasının genişləndirilməsi üçün bu investisiya fondlarının imkanlarından daha fəal istifadə edilməsinin zəruriliyini qeyd edib.

"Təkcə qarşılıqlı ticarəti artırmaq deyil, birlikdə investisiya yatırmaq, istehsal etmək və xarici bazarlara çıxmaq da vacibdir", - o əlavə edib.

Oxşar xəbərlər

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər