Azərbaycan və Mərkəzi Asiya dövlətləri sənaye məhsullarının iştirakçıların bazarlarına çıxması üçün əlverişli şərait yaradacaq
Far.Az xəbər saytı

Azərbaycan və Mərkəzi Asiya dövlətləri sənaye məhsullarının iştirakçıların bazarlarına çıxması üçün əlverişli şərait yaradacaq


Azərbaycan və Mərkəzi Asiya dövlətləri sənaye məhsullarının bazarlara çıxarılmasının təşviqi barədə razılığa gəliblər.

"Report"un Türkmənistana ezam olunan müxbirinin məlumatına görə, bu barədə oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunu olaraq imzalanan Birgə Bəyanatda deyilir.

Sənəddə qeyd olunub ki, dövlət başçıları sənaye məhsullarının iştirakçı dövlətlərin bazarlarına çıxarılması üçün əlverişli şəraitin yaradılması barədə razılığa gəliblər.

Tərəflər əczaçılıq, tibb kadrlarının hazırlanması, rəqəmsal həllərin və teletibb xidmətlərinin tətbiqi sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi qərarını veriblər.

Oxşar xəbərlər

İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər