Binədə qətl törədən şəxsə məhkəmə 16 il 6 ay cəza verdi
Far.Az xəbər saytı

Binədə qətl törədən şəxsə məhkəmə 16 il 6 ay cəza verdi


Bakının Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işinin məhkəməsi yekunlaşıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən yekun iclasda təqsirləndirilən şəxsə hökm oxunub - Maksim Əhmədov 16 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilənin 18 il 6 ay azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, hadisə 2025-ci il aprelin 25-də səhər saat səkkiz radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 52 yaşlı Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 47 yaşlı Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Binədə məktəbdə 7 şagird qoğaldan zəhərlənibmiş - Bufet bağlandı, direktor...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər