XİN rəsmisi: "İspaniya ilə BOEM və nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıyıq"
Azərbaycan bərpa olunan enerji (BOEM) və nəqliyyat sahələrində İspaniya şirkətləri ilə əməkdaşlığa açıqdır.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov İspaniyanın "20 Minutos" nəşrinə müsahibəsində bildirib.
O, həmçinin xarici investorlar üçün Ələt Azad İqtisadi Zonasında güzəştlərin əlçatan olduğunu diqqətə çatdırıb.
Nazir müavini əməkdaşlığın birinci istiqaməti kimi bərpa olunan enerjini qeyd edib. E.Məmmədovun sözlərinə görə, İspaniya elektrik enerjisinin 57 %-ni günəş və külək enerjisi, "yaşıl hidrogen" və hidroenergetika hesabına istehsal edir və bununla da bir növ istiqamətləndirici rolunu oynayır.
Nazir müavini vurğulayıb ki, neft və qaz hasilatına baxmayaraq, Azərbaycan alternativ enerji mənbələrinə keçidin zəruriliyini dərk edir. Lakin bu proses vaxt tələb edir və dərhal həyata keçirilə bilməz.
E.Məmmədovun fikrincə, Xəzər dənizinin yaxınlığında yerləşməsi ölkəni 157 QVt külək enerjisi potensialı ilə təmin edir - bu isə Şimal dənizindən sonra Avropada ən yüksək göstəricidir. İspaniyanın təcrübəsini nəzərə alaraq, Azərbaycan bu sahədə onun müxtəlif təşəbbüsləri nəzərdən keçirməsinə açıqdır.
İkinci istiqamət nəqliyyat əlaqələrinin və daşımaların inkişafı ilə bağlıdır.
"Biz unikal coğrafi mövqeyə malikik: Qərbin nöqteyi-nəzərindən biz Şərqə, Şərqin nöqteyi-nəzərindən isə Qərbə açılan qapıyıq", - nazir müavini bildirib.
O qeyd edib ki, Azərbaycan təbii sərvətlərlə zəngin region olan Mərkəzi Asiyaya çıxışı təmin edir. Nəqliyyat əlaqələrinin inkişafı ölkə üçün mühüm əhəmiyyət kəsb edir və iqtisadiyyatın karbohidrogen sektorundan kənar şaxələndirilməsi strategiyasının bir hissəsidir.
İspaniya şirkətlərinin Orta Dəhlizdə - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) iştirak imkanlarından danışan E.Məmmədov Ələt limanında yerləşən və ölkənin ən böyük azad iqtisadi zonası olan zona haqqında məlumat verib.
"Onun fəaliyyəti xarici investorlar üçün imtiyazlar və güzəştlər nəzərdə tutan ayrıca daxili qaydalarla tənzimlənir. Güzəşt paketləri investisiya sahəsindən asılı olaraq fərqlənir. O, ənənəvi istiqamətlərin deyil, biliklərə əsaslanan sahələrin inkişafına təkan verir", - o bildirib.
Nazir müavini vurğulayıb ki, İspaniya Azərbaycan şirkətləri və investorları üçün böyük maraq kəsb edir, lakin Azərbaycana da başqa bucaq altından – dünya miqyasında xarici və dövlət borcunun ÜDM-ə nisbəti baxımından ən aşağı göstəricilərdən birinə malik sabit bir ölkə kimi baxmaq lazımdır.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Nazir: Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib
-
İranda polis idarəsinə silahlı hücum olub, ölən və yaralananlar var
-
Dünya futbolunun əfsanəsi Lotar Matteus: "Bakıdakı dünya çempionatına gəlmək mənim üçün xoşdur"













